Tez-tez qalmaqallı hadisələrlə gündəmə gələn yazıçı Kəramət Böyükçöl özünün Facebook hesabında həyat yoldaşı ilə boşanmalarında günahkar bildiyi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya qarşı təhqiramiz ifadələr yazıb.
“Bu qadınların, başda … Mehriban Zeynalova olmaqla hamısının işi ailə dağıtmaqdır, onların çörəyi, dolanışğı bundan çıxır, buna görə hesabat verib dağıtdıqları ailələrin sayına görə xaricdən qrant alırlar”,-o qeyd edib.
Məsələyə öz münasibətini bildirən Mehriban Zeynalova fikirlərini Modern.az-la bölüşüb.
Onun sözlərinə görə, Kəramət Böyükçölün keçmiş həyat yoldaşı ilə nə tanışlığı, nə də boşanmalarında təsiri olub:
“Ailədə əgər hər hansı bir hadisə baş veribsə, deməli bunda hər iki tərəfin də günahı var. Mən onun həyat yoldaşı ilə demək olar ki, 3 saatdan az vaxt ərzində bir yerdə olmuşam. Bu müddətdə mənim onların boşanmalarına hansısa təsirimin olmağı mümkünsüzdür.
Kəramətin mənə qarşı işlətdiyi təhqiramiz sözlərə gəldikdə isə ona deyiləcək heç bir sözüm yoxdu. O istəyir ki, məni qıcıqlandırsın, onu təhqir edim. Amma mənim leksikonumda elə sözlərə yer yoxdur”.
M.Zeynalova qeyd edib ki, Kəramət Böyükçölün keçmiş həyat yoldaşı onların təşkilatına müraciət edəndə çox gərgin idi:
“O xanım bizdən yardım istədiyi zaman psixoloji gərgin idi. Hər hansı fiziki xəsarətlə bağlı olsaydı, aidiyyatı qurumlara müraciət edərdim. Amma onda yalnız psixi problemlər vardı. Bunu da araşdırmaq üçün zaman lazım idi”.




Loading...