Əməkdar artist Baloğlan Əşrəfov Masallının Bədəlan kəndində dəfn edilib.

Pressaz.info Lent.az-a istinadən xəbər verir ki, müğənni bu dəqiqələrdə torpağa tapşırılıb.

Dünən, aprelin 26-da axşam saatlarında koronavirusdan dünyasını dəyişən Respublikanın Əməkdar Artisti Baloğlan Əşrəfovun cənazəsi xüsusi Təcili Yardım maşını ilə səhər saatlarında doğma kəndi Bədəlana gətirilib.

Hazırda kiçik oğlunun Bakıdan gəlib kəndə çatması gözlənilir.

Məlumata görə, artıq qəbir hazırlanıb. Cənazə birbaşa qəbiristanlığa gətirilib. Hazırda 10-a yaxın şəxsin iştirakı ilə cənazə namazı qırılır. B.Əşrəfovla son vida görüşünə gələnlər qəbiristanlıqdan kənarda dayanıb. Hələlik bir neçə sənət yoldaşı – Əlikram Bayramov, Yusif Mustafayev və Cavad Rəcəbov qəbiristanlıqdadır.
Pandemiya qaydalarına sərt şəkildə əməl olunur.

Dəfn mərasimindən çəkilişə qadağa var. Ərazidə polislərin olduğu qeyd olunur. Hətta karantin şərtlərinə görə, müğənniləri də vidalaşmaq üçün yaxına getməyə icazə vermirlər. Telefonla nəsə çəkmək istəyənlərə də icazə verilməyib.




Loading...