“Məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı günlər tam dəqiqləşməyib”.

Pressaz.info-nun məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. Onun sözlərinə görə, ona görə bu haqda hələ ki, danışmaq tezdir: “Amma iyun–iyul aylarında qeydiyyat olacağı gözlənilir. Pandemiya ilə əlaqədar vaxt dəyişdirilə bilər, dəqiq qrafik məlum olduqda bu barədə məlumat veriləcək”.




Loading...