Azərbaycanda yoluxanların sayı 3000-ə, ölənlərin sayı isə 40-a yaxınlaşır. Yoluxma və ölüm sayının artması yenidən qapadılmalara gedilməsi ehtimalını ortaya çıxarır. Hətta artım dinamikası davam edərsə, gələn həftədən geyim mağazaları, gözəlik salonları, kafe və restoranların yenidən qapadılması ilə bağlı fikirlər də səsləndirilir.

Gələn həftədən geyim mağazaları, gözəlik salonları, kafe və restoranlar yenidən bağlana bilərmi?

Pressaz.info xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, sərtləşmə ilə bağlı qərar qəbul etmək Operativ

Qərargahın səlahiyyətindədir:

"Təəssüf ki, artıq yoluxanlarla yanaşı ölənlərin də sayı artmaqdadır. Bu bizi narahat edir. Düşünürəm ki, yoluxanların və ölənlərin sayında artım davam edərsə, böyük ehtimalla, birinci və ikinci dalğada olduğu kimi, geyim mağazaları, gözəlik salonları, kafe və restoranlar yenidən bağlana bilər.

Karantin rejimindəki sərtləşmənin məqsədi insanların ünsiyyətini minumuma endirməkdir. Ümid edək ki, yoluxanların və ölənlərin sayı ikinci dalğada olduğu kimi 4000-ə çatmaz. Əlbəttə, bu məsələdə vətəndaşlarımızın Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etməsi vacibdir




Loading...