"Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək".

Pressaz.info
-nun məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində canlı yayımda bildirib.

O deyib ki, bağçalarda distant təhsil mümkün deyil:

"Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək.
Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdilər.






Loading...