Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının sürətlə artması xüsusi karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı fikirlər yaradıb.

Pressaz.com xəbər verir ki, aprelin 5-dən bərbərxana və gözəllik salonlarının fəaliyyətinin dayandırılacağı da deyilir. Ötən gündən etibarən gözəllik salonlarının rəhbərləri işçilərinə qapanacaqları barədə məlumat veriblər.

Hətta salon nümayəndələri müştərilərinə də xəbərdarlıq ismarıcları göndəriblər:
“Aprelin 5-dən etibarən salonumuz bağlanacaq, xidmətimizdən yararlanmaq istəyirsinizsə indidən yazılın”. /redaktor.az/




Loading...