Azərbaycanda şirkətlərdə işçilərin şəxsiyyət vəsiqələri toplanır.

Pressaz.info  axar.az-a istinadən xəbər verir ki, buna səbəb son günlər koronavirusa yoluxmada müşahidə olunan kəskin artım və bunun yaratdığı "karantin təhlükəsi"dir.

Belə ki, artıq bəzi şirkətlər aprelin 5-dən SMS-icazə tətbiq ediləcəyi ilə bağlı işçilərinə xəbərdarlıq ediblər. Hətta onlar portalda qeydiyyatdan keçmək etmək üçün əməkdaşların şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb.




Loading...