Avropa komisiyyasının prezidenti Ursula von der Leyen köhnə qitədə koronavirus pandemiyasının üçüncü dalğasının başladığını və vəziyyətin son dərəcədə kritik olduğunu bildirib.

O, bu səbəbdən vaksinasiya prosesinin sürrətlə davam edildiyini və indiyə qədər 62 milyon doza vaksinin tətbiq edildiyini bildirib. 

Ursula von der Leyen təxminən 18,2 milyon insanın tam peyvənd olunduğunu deyib. O, vaksin istehsal edən şirkətlərin müqavilə öhtəliklərinin düzgün şəkildə yerinə yetirəcəyi halda bu rəqəmin daha yüksək ola biləcəyini bildirib.//redaktor.az




Loading...