Arizona Universitetinin nevroloqu Endryu Veyl maraqlı açıqlama ilə çıxış edib.

O, gecə yuxuya dalmağın ən qısa yolunu açıqlayıb.

Pressaz.info “milli.az”a istinadən xəbər verir ki, o, 3 dəqiqəyə yataqdaca xüsusi tənəffüs gimnastikasının rahat yuxu bəxş etdiyini deyib.
Bu metodika 4-7-8 adlanır.

4 saniyə ərzində burundan (ağız bağlı) yavaş dərindən nəfəs alıb, 7 saniyə onu saxlayıb, 8 saniyə ərzində yumşaq vermək lazımdır. Bu nəfəs hərəkətini yuxuya gedənə kimi təkrarlamaq lazımdır. Eləcə də bu metod stresi azaldır.




Loading...