“Ölkədə koronavirusun artım dinamikasını biz müşahidə edirik. Bunu xəstəxanalar da görürlər. Tomoqrafiya və digər müayinələr zamanı COVID-19-un əlamətlərinə rast gəlinir”.

Bu fikirləri  professor Adil Qeybulla səsləndirib. Həkimin sözlərinə görə, yoluxanların sayının dövlət tərəfindən süni şəkildə artırıldığı ilə bağlı yayılan şayiələr həqiqəti əks etdirmir: “Bunlar tam əsassız şayiələrdir. Çünki xəstəxanalarda real vəziyyət göz önündədir. Peyvəndləməyə gəlincə isə, vaksinasiya hələ immunitetin yaranması demək deyil. Yəni ilkin peyvənddən 42 gün keçdikdən sonra ikinci vaksin vurdurmaq şərti ilə immunitet yaranır”.

Adil Qeybulla əlavə edib ki, ölkədə peyvəndləmə prosesi davam edir: “Hələlik yarım milyona yaxın insan vaksinasiya olunub. Ona görə də peyvənd illüziyasına qapılmaq lazım deyil. Hər halda əhalinin ən azı 3 milyon nəfəri peyvənd olunmalıdır. Bundan ayyarım vaxt keçməlidir ki, biz immunitetdən danışa bilək. Bu baxımdan da indiki durumu 3-cü dalğa kimi dəyərləndirmək mümkündür. Təbii ki, bayram günləri hansısa sərt qadağaların tətbiqi məqsədəuyğun deyil. Amma epidemioloji vəziyyət pisləşərsə, o zaman dövlət müəyyən qərarlar qəbul etməyə borcludur. Bu məsələlərə bir az anlayışlı yanaşmaq lazımdır”.

/konkret.az/




Loading...