Hansısa sayt hansısa sosial şəbəkə üzərindən "sorğu" apararaq Kəlbəcərdən deputat seçilən Aqil Məmmədovun fəaliyyətinə kölgə salmaq cəhdində olub.
Pressaz.info xəbər verir ki, bunu kəlbəcərli fəal Nicat Ocaqlı bildirib.
Onun sözlərinə görə, millət vəkili Aqil Məmmədov haqqında yazılanlar başdan ayağa iftiradır: "Birincisi, sorğunun hansı üsulla keçirildiyi və cəmiyyətin hansı təbəqəsi arasında aparıldığı göstərilməyib. Ümumiyyətlə, bunu yazanlar sorğu sistemindən, mexanizmindən anlayışları yoxdur. İkincisi də ümumi ifadələr işlədilib ki, onların da heç birinin məntiqi yoxdur. Görünür, kimlərinsə sifarişlərini yerinə yetiriblər".
N.Ocaqlı bildirib ki, Aqil Məmmədov həm icra başçısı olanda, həm də millət vəkili seçiləndən sonra da kəlbəcərlilər hörmətini qoruyub saxlayıb: "Kəlbəcərlilər ona böyük hörməti olub, seçkilərdə də Aqil Məmmədova böyük etimad göstərilib. Heç bir seçici ondan narazı olmayıb. Deputat həmişə kəlbəcərlilər arasında, yanında olub. 44 günlük müharibə zamanı əsgərlərimizə həmrəylik nümayiş etdirib, şəhid ailələri, müharibə veteranları və qazilərimizə həmişə dəstək olub. Bəzi millət vəkillərinfən fərqli olaraq Aqil Məmmədov hər bir seçicisinin yanındadır, onun probleminin həllinə çalışır., qayğısını əsirgəmir".
N.Ocaqlı bildirib ki, belə saxta sorğular keçirməkdə  məqsəd ancaq ictimaiyyət arasında fikir çaşqınlığı yaratmaqdır. Aqil Məmmədov həm parlamentdə fəaldır, həm mediada dövlətçiliyimizin qorunmasıyla bağlı çıxışlar edir, həm də seçicilərinin rəğbət bə hörmətini qazanıb.




Loading...