Türkiyənin döyüş gəmiləri yerli imkanlar hesabına istehsal edilən lazer silah sistemi ilə təchiz ediləcəklər.
pressaz.info xəbər verir ki, bu barədə Türkiyə mənbələri xəbər yayıb.
Elektromaqnit top və lazer silah sistemi texnologiya inkişaf etdikcə modernləşdirilir. Hazırda bu sistemlərdən ABŞ və Çin kimi bəzi inkişaf etmiş ölkələrin donanmalarında istifadə edilir.
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyacları istiqamətində inkişaf etdirilən lazer silah sisteminin "Meteksan Müdafiə" baş podratçısı, ASELSAN və TÜBİTAK əməkdaşlığı çərçivəsində istehsal ediləcəyi deyilir.




Loading...