"Bizimlə heç kimsə təkəbbürlə "ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz”.

pressaz.info xəbər verir ki , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın "Bloomberg”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan "S-400” zenit raket kompleksini əldə etdiyi üçün ABŞ-ın Türkiyəyə təzyiqlərinin əks-nəticəsi də ola bilər:

"Bizimlə heç kim təkəbbürlə "ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz. Belə münasibət bizi başqa istiqamətə yönəldər”.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan "S-400” alıb. ABŞ və NATO-dakı bəzi müttəfiqləri hesab edir ki, Türkiyə bununla Alyansın təhlükəsizliyini təhdid edir.




Loading...