"Ermənistan Prezidenti Armen Sərkisyan Oblomova bənzəyir, onun ölkəni xilas edə biləcəyini düşünmürəm".
pressaz.info  teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Naira Zohrabyan söyləyib.
Zohrabyan əmindir ki, Qarabağın Azərbaycana təhvil verilməsini ehtiva edən anlaşmalar Ermənistan üçün ağır məğlubiyyətdir:
"Bəs niyə Qarabağı təhvil verən aşağı səviyyəli siyasi komandanı hakimiyyətdən çıxarıb məhkəməyə göndərmək mümkün deyil? Cavab çox sadədir: çünki hər birimiz oturub xilaskarın gələcəyini gözləyirik".
Onun sözlərinə görə, hər kəs prezidentin bunu edəcəyini gözləyirdi: "Lakin o, hər zaman İsveçrə kimi "neytral" görünür, həmişə heç yerə getməyən üçüncü yolu izləyir. O, mənə həmişə Qonçarovun məşhur əsərindəki qəhrəmanı - Oblomovu xatırladır. Sərkisyan heç nə etməyəcək".
Zohrabyana görə, Armen Sərkisyan nə Ermənistanı xilas edəcək, nə də Qarabağ məsələsinin həllində ermənilərin xeyrinə dönüş yarada biləcək.
O, Baş nazir Nikol Paşinyanı devirməklə hədələyən baş qərargah rəisi Onik Qasparyanın da xilaskar ola bilməyəcəyini vurğulayıb:
"Hər kəs Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın Ermənistanı xilas edəcəyinə inanırdı və bundan sonra onu tərifləməyə başladı. Müharibənin dördüncü günü Paşinyana erməni tərəfinin məğlub olduğunu söyləyən həmin Qasparyan qalan 40 gündə Şuşanın əldən çıxmasına şərait yaradan təlimatları yerinə yetirdi".
Deputat Paşinyanın Ermənistanı məhvə apardığını bildirib.





Loading...