İranın müdafiə naziri Əmir Hatəmi israilli həmkarı Benni Qantzın İranın nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədikləri ilə bağlı açıqlamasına cavab olaraq mümkün hücum olacağı təqdirdə, Təl-Əviv və Hayfanı vuracaqları ilə hədələyib.
pressaz.info xəbər verir ki, paytaxt Tehrandakı tədbirdə çıxış edən Hatəmi Qantzın hücum planları ilə bağlı açıqlamasına cavab verib.
İranın təhlükəsizliyini və sabitliyini qorumaq üçün lazımi hərbi gücə sahib olduğunu bildirən Hatəmi, İsrailin belə addıma əl atacağı təqdirdə, cavab zərbəsi endiriləcəyini qeyd edib.
Nazir eyni zamanda Livan, Suriya, İraq və Yəməndəki İranın dəstəklədiyi "müqavimət qruplarının" ölkəsinin İsrailə qarşı "yumşaq gücü" olduğunu da dilə gətirib.
Qeyd edək ki, İsrail Baş Qərargah rəisi Aviv Koçavi çıxışı zamanı İranın nüvə proqramının qarşısını almaq üçün yeni əməliyyat planları hazırlamaqla bağlı təlimat verdiyini açıqlayıb.
İsrailin müdafiə naziri Benni Qantz isə İsrail ordusunun İranın nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiyini diqqətə çatdırıb.




Loading...