“Köçəryanın atasının azərbaycanlı olmağı doğrudur, Paşinyanın türk mənşəli olmağı isə Rusiya tərəfindən ortaya atılmış və Ermənistanın müxalif mətbuatında tirajlanmış cəfəngiyyatdır”.
Pressaz.info xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə, Rusiya çalışır ki, Paşinyanı Ermənistanda nüfuzdan salsın:
“Rusiyanın seçkiqabağı belə qarayaxmaları ortaya atmasının səbəbi yenidən Robert Köçəryanı hakimiyyətə gətirmək istəməsidir. Bir sözlə, bizim qələbəyə kölgə salmaq niyyətindədir.
Biz  Köçəryanın çıxış və görüşlərini təhlil edəndə görürük ki, Dağlıq Qarabağı və ətraf rayonları geri qaytaracağı barədə xalqa vədlər verir. Görünən odur ki, Rusiya da onu dəstəkləyir. Hələ tutulanda Putin Paşinyanı məcbur etmişdi ki, onu azadlığa buraxsın”.
“Amma Paşinyan yenidən hakimiyyətdə qalsa, qərbyönümlü siyasət yürüdəcək. O cümlədən Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırması haqqında vədlər verməsi hər iki ölkənin xeyirinə olacaq”, - deyə H.Hacıyev bildirib.




Loading...