Rusiya sülhməramlı kontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

Pressaz.info xəbər verir ki,bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Keçən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib", - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntuların və müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçirir.

/azsabah.com/




Loading...