Dövlət Sərhəd Xidməti (DSX) son günlər Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib.


Bu barədə Pressaz.info-nun sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən son günlər bu istiqamətdə baş verənlərlə bağlı rəsmi mövqe bildirilib. Hazırda da Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır”.

Xatırladaq ki, 12 may tarixindən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.




Loading...