ABŞ prezidenti Co Baydenin “soyqırım” bəyanatından sonra Türkiyənin hansı cavab addımları atacağı maraqla gözlənilir.

Pressaz.info xəbər verir ki, “Bloomberg”in iddiasına görə, Ankara Vaşinqtonla iqtisadi və hərbi əməkdaşlığı dayandıracaq. Məlumata görə, Ankara bu barədə hazırlıq işləri görür və prezident Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə cavab tədbirlərini açıqlayacaq.

Türkiyə mətbuatı yazır ki, ölkə rəhbərliyi ABŞ ordusunun istifadəsində olan “İncirlik” hərbi bazası ilə bağlı qərarını artıq verib. Baza ABŞ hərbçilərinin üzünə bağlanacaq.

/metbuat.az/




Loading...