Rusiyanın hazırladığı Sputnik V peyvəndinin Türkiyədə istehsalı üçün iki ölkə arasında razılıq əldə edilib.

Pressaz.info mətbuat.az-a istinadla  xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondundan açıqlama verilib. Açıqlamaya görə, Sputnik V peyvəndi Viscora dərman şirkətləri tərəfindən istehsal ediləcək. Bildirilib ki, bu addım peyvəndin sürətli istehsalına səbəb olacaq və dünyaya tədarük edilməsində vacib rol oynayacaq.

Açıqlamaya görə, Rusiya digər dərman şirkətləri ilə də Sputnik V peyvəndinin istehsalı üçün razılıq əldə edib.




Loading...