Rusiya Azərbaycan və Ermənistanı revanşist və militarist ritorikadan çəkinməyə çağırır.

Pressaz.info-nun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Hesab edirik ki, Bakı və İrəvanın bəyanatları, praktiki addımları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarına uyğun olmalıdır.

O ki qaldı regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına, bu məsələ də mənim səsləndirdiyim məntiqə uyğundur”. 

/oxu24/




Loading...