Aralıq dənizinin şərq hissəsində Türkiyə donanması ölkənin su sərhədlərinə daxil olmağa çalışan Fransaya məxsus gəminin qarşısını alıb.

Pressaz.info xəbər verir ki, Fransanın elmi araşdırma gəmisi Yunanıstanın hərbi qayıqlarının müşayiəti ilə Türkiyənin qitə sahəsinə girməyə cəhd göstərib. Lakin Ankaranın qəti mövqeyindən sonra fransızlar geri qayıtmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, ötən həftə Yunanıstan Türkiyə su sərhədlərini pozaraq NAVTEX elan etmişdi. Məqsəd fransız gəmisinin bölgəyə üzməsini təmin etmək olub.

Lakin Türkiyə dərhal qarşı NAVTEX elan edərək, hərbi qüvvələrini bölgəyə cəmləşdirib.   /metbuat.az/




Loading...