ABŞ-dakı erməni və yunan lobbiləri iyun ayında kosmosa göndərilməsi nəzərdə tutulan Türkiyənin 5B peyki ilə bağlı ABŞ Aviasiya Adminstrasiyasına məktub ünvanlayıb.

Pressaz.info xəbər verir ki, məktubda türk peykinin kosmosa göndərilməsinin əngəlləməsi xahiş olunub:

“ABŞ yaxın müttəfiqi Ermənistan və Yunanıstanın maraqlarını nəzərə almalıdır. Türkiyə kosmosdakı imkanlarını və qurudakı hərbi qüvvəsindən səmərəli istifadə edə biləcək vəziyyətə gəlib. Bu həm də təhdid yaradır”.

Qeyd edək ki, Türkiyənin 5B peykini İlon Maskın rəhbərlik etdiyi şirkət kosmosa göndərəcək.  /metbuat.az/




Loading...