“Ərdoğan Suriya, Liviya, Azərbaycan və Ukraynada Rusiyanın fırlanan çarxına mane olur”.

Pressaz.info xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Moskva Krımı ilhaq etdi” sözlərinə münasibət bildirərkən belə deyib. O bildirib ki, Ərdoğan Ukrayna, Liviya və Qarabağda Rusiyaya əngəllər yaradır.

“Ərdoğanı sakitləşdirməyin vaxtı gəlib” - deyən Jirinovski, Turkiyənin Moskvanın rəqiblərinə silah satmasına etirazını bildirib.

Qeyd edək ki, partiya sədrinin açıqlamalarının Moskvanın rəsmi açıqlamaları ilə üst-üstə düşmədiyi aydın görünür. Kreml Liviya və Ukrayna münaqişəsi ilə əlaqəsinin olmadığını açıqlamışdı.




Loading...