"Mövcud vəziyyəti təhlil edərək Qarabağ Prezidenti və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşib qərara gəldim ki, müəyyən, bəli, kifayət qədər ciddi güzəştlər yolu ilə atəşkəsə nail olmalıyıq və bununla əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırdım”. 
 

Pressaz.info
xəbər verir ki, bunu aprelin 14-də Ermənistan Parlamentinin iclasında Hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı zamanı kapitulyasiya aktını imzalamasına haqq qazandırmağa çalışan baş nazir Nikol Paşinyan söyləyib.
 

Paşinyanın sözlərinə görə, bundan sonra o, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edərək, Ermənistan tərəfinin əraziləri "5 + 2" formatı çərçivəsində geri qaytarmaqla Azərbaycana güzəştlər etməyə hazır olduğunu bildirib.
 

"Rusiya prezidenti ilə söhbətdə yaranmış vəziyyətdən ortaq çıxış yolumuzun olduğunu aydınlaşdırdıq. Qaçqınların geri qaytarılması məsələsi də müzakirə edildi. Ona dedim ki, Dağlıq Qarabağın statusu müəyyən edilərsə, sözügedən məsələ ilə bağlı heç bir etirazımız olmayacaq. Rusiya prezidenti Azərbaycan lideri ilə danışdı və məlum oldu ki, Azərbaycan tərəfi Qarabağın Hadrut bölgəsini işğaldan azad etmək təklifimizi qəti şəkildə qəbul etmir. Bundan əlavə, Şuşa da daxil olmaqla, müvəqqəti köçkünlərin probleminin Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqələndirilməməsini tələb edir”,- - deyə Nazirlər Kabinetinin rəhbəri bildirib.
 

Nikol Paşinyanın sözlərinə görə, rəsmi Bakı ərazilərin "5+2” formatı çərçivəsində deyil, bütünlüklə və qeyd-şərtsiz  qaytarılmalı olduğuna işarə edib. Bundan əlavə, Azərbaycan qəti şəkildə bildirib ki, heç bir şərt daxilində Dağlıq Qarabağın statusunu müzakirə etməyək.

//sfera.az//




Loading...