Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri keçiriləcək. Təlimlər plan əsasında olsa da, vaxtı diqqət çəkir: 6-8 aprel.

Pressaz.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, təlimlərin keçiriləcəyi tarixdə Nikol Paşinyan Moskvada Putinlə görüşəcək və mümkündür ki, kommunikasiyanın bərpa edilməsi ilə bağlı razılaşma üzrə rəsmi sənədin imzalanmasına hazırlıq gedir:
"Üçtərəfli qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun Bakı və İrəvana səfəri, ardınca Əliyevlə Putinin telefon danışığı da prosesin bu yöndə olduğu ehtimalını gücləndirir.

Azərbaycanla Türkiyə masada danışıqlar getdiyi vaxt poliqonda birgə “əzələ nümayişi” göstərir.

Ən diqqətçəkən məqam təlimlərin Azərbaycan prezidentinin təsdiq etdiyi plan əsasında keçirilməsidir: Ərdoğan bununla “ordumla Əliyevin yanındayam”, Əliyev də “mümkün hərbi addımda türk əsgəri ilə birgə döyüşəcəm” mesajını verir; mesajın əsas ünvanı təbii ki, Moskvadır".




Loading...