Ermənistan 30 il Azərbaycanla müharibəyə hazırlaşdı. Amma 2020-ci il hadisələri göstərdi ki, təhdidlərin siyahısı və miqyası dəyişib.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.


Armavir bölgəsinin Araqats kəndinin sakinləri ilə görüşündə çıxış edən baş nazir qeyd edib ki, Ermənistanın sərhədləri ətrafındakı "təhdidlər" onları yeni həll yolları və düsturlar axtarmağa məcbur edir: "Ermənistan-Rusiya Birgə Qüvvələr Qrupu regional təhlükəsizlik təhdidlərinə qarşı əsas amildir. İndi mübarizə üçün düsturlar tapmalıyıq. Ən vacib düstur, fikrimcə, erməni-rus qruplaşmasıdır. Mənə elə gəlir ki, yaxın gələcəkdə müzakirələr zamanı Ermənistan-Rusiya hərbi qruplaşmasını regional təhlükəsizliyin vacib bir komponenti olaraq gücləndirməyi düşünməliyik".

Paşinyan vurğulayıb ki, deyilənlər Ermənistanın daim yeni müharibələrə hazırlaşması demək deyil.
(publika.az)




Loading...