Bu gün bir qrup şəxs Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirəyə cəhd edib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb:
“Aksiyaya cəhd zamanı saxlanılan olmayıb”.
E.Hacıyev qeyd edib ki, bir neçə şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.




Loading...