Sosial şəbəkələrin erməni seqmentində İkinci Qarabağ müharibəsi zamanı ölən erməni əsgərlərin meyitlərinin soyuducularda saxlanıldığı haqda məlumat yayılıb.
Pressaz.info xəbər verir ki, Teleqram kanallarında Metsamor xəstəxanasının morqunun həyətində erməni əsgərlərin cəsədləri ilə dolu “Spayka” şirkətinin 5 soyuducusunun dayandığı bildirilir. Soyuducular morqda yer olmadığı üçün gətirilib.
Sosial şəbəkə istifadəçiləri bu cəsədlərin niyə hələ də ailələrinə verilməməsi barədə ehtimallarını da qeyd ediblər. Bəziləri meyitlərin tanınmaması, digərləri isə meyitlərin çox olması səbəbindən narazı qalacaq ailələrin sayını artırmamaq üçün saxlanıldığını bildirib.
Qeyd edək ki, daha öncə 248 erməni əsgərin meyitinin morqlarda saxlanıldığı barədə məlumat yayılmışdı. Ermənistan Səhiyyə Nazirliyi məlumatı rəsmi olaraq təsdiqləmişdi.





Loading...