Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Təkcə fevral ayında İrəvanın “Zvartnots” hava limanından 58 297 sərnişin yola düşüb. Bu ay ərzində 31 901 nəfər Ermənistana gəlib.
Pressaz.info “Caliber”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ötən ilin eyni dövründə Ermənistandan 99 065 yola düşüb və 96 970 sərnişin ölkəyə gəlib. Hər iki halda gedən sərnişinlərin sayı qayıdanlardan daha çoxdur.
Ancaq bu il keçən ildən fərqli olaraq, 3 min yox, 26 396 nəfər çox adam gedib. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, əvvəlki illərdə Ermənistandan Rusiyaya birtərəfli bilet 30-40 min dram (təxminən 115 manat) alınırdısa, bu ilin fevral ayında bilet qiymətləri 200-450 min drama (640 -1440 manat) qədər artıb.




Loading...