“Bu cür məlumatlara arxayın olub Yuxarı Qarabağda erməni silahlılarının az qalması və onların yaxın gələcəkdə təxribatlar törətməyəcəyinə inanmaq olmaz…”
“Unutmayaq ki, 4 aydan çoxdur ki, Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsi ermənilərin üzünə açıqdır və…”
“Təəssüf ki, Ermənistan Silahlı Qüvvələrinin “Artsax” ərazisindən çıxması barədə məlumat təsdiqlənir…”
Moderator.az xəbər verir ki, qəsbkar ölkənin “@ bagramyan26”teleqram-kanalı bu məlumatı yüksək səlahiyyətli mənbəyə istinadla yayıb.
“Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin Artsaxdan geri çəkilmə prosesi başlayıb. Qarabağda yalnız yerli sakinlərdən ibarət bölmələr qalacaq. Ermənistandan orduya çağırılanlar artıq Qarabağa xidmətə göndərilməyəcəklər.
Eyni zamanda, “Artsax ordusu”nda xidmət etmək istəyən hər kəs bunu könüllü olaraq edə biləcəkdir. Bunun yollarından biri müqavilə bağlamaq və Qarabağda xidmət etməkdir.
Beləliklə, “Artsax”ın yaxın gələcəkdə təhlükəsizliyi Rusiya sülhməramlıları və yalnız yerli sakinlərdən, eləcə də Ermənistandan olan könüllülərdən ibarət “Artsax ordusu”ndan asılı olacaq” –deyə erməni teleqram-kanalı daha sonra yazır.
P.S. Bu cür, özü də qeyri-rəsmi məlumatlara arxayın olub Yuxarı Qarabağda erməni silahlılarının az qalması və onların yaxın gələcəkdə təxribatlar törətməyəcəyinə inanmaq olmaz… Unutmayaq ki, 4 aydan çoxdur ki, Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsi ermənilərin üzünə açıqdır və oradan keçib gələn on minlərlə məxluqun kimlər olması haqda dəqiq məlumatımız yoxdur. Üstəlik, ermənilərin dağlarda, meşələrdə gizlətdikləri silah-sursat anbarlarının da olması evtimalı var…moderator.az




Loading...