Artıq Azərbaycan Ordusu öz torpaqlarının böyük hissəsini erməni işğalçılarından azad etdi.
Yaxın gələcəkdə Xankəndi, Xocalı və digər ərazilərimizdə də dövlətimizin bütün atributları tam gücü ilə təmin olunacaq. Bəs Qarabağ erməniləri Azərbaycan vətəndaşı olaraq seçkilərdə iştirak edə biləcəkmi və burada dil baryeri necə aradan qaldırılacaq?

KONKRET.az xatırladır ki, hələ iki il bundan qabaq adı bir çox qalmaqallarda hallanan Siyavuş Novruzov bu məsələni parlamentdə qaldırmışdı və Oqtay Əsədov tərəfindən tutarlı cavabı almışdı.
Belə ki, Siyavuş Novruzov bildirmişdi ki, “Dil məsələsi bizim daxili nizamnamədə göstərilib ki, dövlət dili Azərbaycan dilidir və milli Məclisdə də iclasların aparılması Azərbaycan dilində getməlidir. Amma Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də öz dilində danışa bilər. Tutalım, əvvəl-axırda olacaqdır, sabah biz Dağlıq Qarabağı azad elədik və ümumi həmrəylik yarandı, gəldi ermənilər yaşadı. 8 nəfər erməni seçildi ordan, gəldi oturdu Azərbaycan Parlamentində. Eləsi var Azərbaycan dilini bilir, eləsi var ki, bilmir. Bu, hansı dildə danışmalıdır və yaxud da Azərbaycanda yaşayan xalqlar var ki, o xalqların nümayəndələri seçilir və gəlib birda iştirak edir. Ona hüquq verilməlidir ki, o, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı, öz dilində də çıxış etmək hüququ olsun. Daxili nizamnamədə bu, bizdə var”.
O vaxt spiker vəzifəsini daşıyan Oqtay Əsədov Siyavuş Novruzova öz etirazını bildirmişdi. O, elə belə də demişdi: “Azərbaycan Parlamenti elə Azərbaycandır. Azərbaycan dili dövlət dilidir. İstəyir erməni olmasın, kim olur-olsun, bu dili bilib gəlib oturmalıdır. Mən burda erməni dilində tərcüməçi oturtmalı deyiləm ki?!”.
Həmin videonu təqdim edirik:




Loading...