Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.

Pressaz.info ovqat.com-a istinadən xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib.

Qeyd edək ki, Əlövsət Quliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış, həmin vəzifəyə isə elmi ictimaiyyət arasında “makler-akademik” ləqəbi ilə məşhurlaşmış Qərib Məmmədov təyin edilmişdi.




Loading...