Azərbaycanda vaksinasiya tempi sürətlə gedir, yarım milyona qədər insan artıq vaksinasiya olunub. Ancaq bu proses daha da sürətləndirilməlidir.

Pressaz.info xəbər verir ki , bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov bildirib ki, son məqsəd virusa qarşı kütləvi immunitet yaratmaqdır: "Son məqsədimiz əhalinin böyük əksəriyyətində immunitet yaratmaqdır. Əhalinin təqribən 60-70 faizində immunitet yaratsaq, bu pandemiya daha bizi narahat etməyəcək”.




Loading...