Təhsil naziri Emin Əmrullayev məktəblərin yenidən bağlanıb-bağlanmayacağına aydınlıq gətirib. 
Pressaz.info Unikal.org-a istinadən xəbər verir ki, nazir “Facebook”da canlı yayımda, qarşıdan Novruz bayramı gəldiyini və sabah axırıncı dərs gününün olduğunu bildirib.
Nazirin fikrincə, növbəti 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq: 
“Bu mənada vətəndaşların Novruz bayramı müddətindəki davranışından çox şey asılıdır.  9 gün təmaslar azalacaq, məktəblər, iş yerləri tətildə olacaq, daha ehtiyatla davransaq, yəqin ki, saylar aşağı düşə bilər və bu, məktəblərin davamlı fəaliyyətini saxlamağa imkan verər".




Loading...