Məşhur rusiyalı hərbi jurnalist Aleksandr Xarçenko bildirib ki, NATO-nun keçirəcəyi "Defender Europe 2021" təlimlərinə Ermənistan da qatılmaq niyyətindədir.
"MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan faktiki olaraq Rusiyanın əleyhinə yönəlmiş manevrlərə qatılır. 27 ölkənin iştirak edəcəyi bu təlimlər zamanı Rusiyanın sərhədlərinə ABŞ hərbi birləşmələrinin yeridilməsi təmrinləri yerinə yetirələcək. NATO üzvü olan ölkələr məlum. Lakin amerikalılara Avropada hərbi birliklərini döyüş şəraitində yerləşdirməklə bağlı məşqlərdə onlara Ermənistan da yardım edəcək. O da məlumdur ki, Ermənistan öz ərazisində NATO hərbçilərinin yerləşdirilməsinə icazə verib.
Qarabağ münaqişəsinin nizamlanmasında, daha doğrusu Qarabağda hərbi əməliyyatlara son qoyulmasında Rusiyanın yardımına və iştirakına rəğmən, Ermənistan Rusiya Federasiyası ilə münasibətləri inkişaf etdirmək niyyətində deyil. Sizdən "Rusiya niyə Qarabağa qoşunlarını yollamadı?" soruşanda bu fotonu göstərin.
Ermənistan aşkar anti-Rusiya təlimlərində iştirak edir. Ermənistanın siyasi və hərbi rəhbərliyi işıqlı gələcəyə kiminlə birlikdə addımlayacaqlarına qərar verməlidir. Çox qəribədir. Bir tərəfdən ermənilər deyirlər ki, "Türkiyə Ermənistanın düşmənidir", digər tərəfdən erməni əsgərlər türklərlə çiyin-çiyinə duraraq amerikalıların Avropaya qoşun çıxarmalarına yardım edəcəklər. Eyni zamanda iki kətildə oturmaq mümkün deyil", - A.Xarçenko yazıb.


28 min hərbçinin iştirak edəcəyi  "Defender Europe 2021" bu ayın sonlarında başlanacaq.
Ermənistan rəhbərliyinin belə mövqeyi təəccüblü deyil. Baş nazir Nikol Paşinyan 2018-ci ilin mayın 8-də məhz aşkar anti-Rusiya etirazları və şüarları sayəsində hakimiyyətə gəlmişdi.
Sonra N.Paşinyan Qərblə əlaqələri aktiv inkihaf etdirərək faktiki rusofob siyasət yürütməyə başlamışdı.
Ermənistanda Qərbin 5 mindən artıq fond və təşkilatları qeydiyyatdan keçiblər. Onlar təhsil, ictimai, informasiya və s. sahələrdə "yumşaq güc" taktikası vasitəsilə Rusiyaya qarşı yönəlmiş siyasəti həyat keçirlər. Sözügedən qurumlar arasında Soros Fondu xüsusi yer tutur.
Ermənistanın mövqeyini isə Rusiya telekanallarındakı aşkar ermənipərəst tok-şoulardakı çıxışları ilə tanınan Sarkis Saturyan ifadə edib: "Rusiyanın bizi ittiham etməyə haqqı yoxdur. Rusiya NATO üzvü olan Türkiyə ilə "qardaş münasibətləri"ni möhkəmlədr, Xarçenko isə Ermənistanı NATO təlimlərinə qatılmaqda suçlamağa cəsarət edir".




Loading...