"Qarabağ Rusiya üçün hansı əhəməiyyətə malikdir” sualı ətrafında EADaily-də yayımlanan müsahibədə Rusiyanın Qarabağda mövcudluğu və fəaliyyəti, Türkiyənin Transqafqaz regionunda təsiri və 2018-ci dən sonrakı Rusiya-Ermənistan münasibətləri şərh olunur.

Valdai Klubunun direktoru Timofey Bordaçevə ünvanlanan suallar maraq kəsb edir. Diqqətçəkən məqamlardan biri İkinci Qarabağ müharibəsinin nəticələrinin qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, yanaşmaya görə Qarabağda müharibənin nəticələri  Rusiyada "Türkiyənin qələbəsi” olaraq qəbul edilsə də, Rusiyanın maraqlarının da qorunduğu ifadə edilir.

Qərbdə isə əksinə düşünürlər,  Rusiyanın bu məsələdə üstünlük əldə edərək Qafqazda mövqeyini gücləndirməsi kimi fərqli fikirlər mövcuddur. Bununla bağlı, müsahibin cavabı olduqca maraqlıdır. Baş verənləri hər iki tərəfin geniş miqyasda itikilərinə səbəb olsa da, qalib və məğlub tərəf anlayışı ilə yanaşı digər nüanslar da var.

Rusiyanın milli təhlükəsizlik amili nöqteyi-nəzərindən mövqelərinin burada zəifləmədiyi, əksinə intensiv şəkildə güclənməsinin mühüm xarakter alması qeyd edilir. Beləliklə, Rusiya üçün dəyişən cəhət olmadığı xüsusi olaraq vurğulanır. 

Minsk Qrupuna gəldikdə müsahib onu 90-cı illərin qalığı hesab edərək faəliyyətini səmərəsiz dəyərləndirilir.

Sülhməramlı kontingentin Qarabağda yerlədirilməsinə dair Birgə Bəyanatın müvafiq bəndinin izahına gəldikdə isə, bununla bağlı ekspertin rəyi onu ifadə edir ki, sülhməramlı qüvvələrin Qarabağda mövcudluğu ilə bağlı razılaşdırmada bildirilən beş illik dövrün yaşanması məsələlərə yanaşmanın yeni konturlarını cızacaqdır. 

Başqa sözlə, qeyd edilən ilkin mərhələnin yekununda vəziyyət fərqli çalarlar ehtiva edə bilər ki, bura da Rusiyanın öz təhlükəsizlik məsələləri və xüsusən Qərb dövlətlərilə olan münasibətlərinin səviyyəsi daxildir.

Ona görə ki, Rusiya xarici siyasəti üçün fundamental olan məsələlərin mövcudluğu mövzuya yalnız bir kontekstdən baxılmasını çətinləşdirir. 
Burada Rusiya dövlətçiliyi əleyhinə fəaliyyətlər icra edən  və bu mənada təhdid hesab edilən qərb siyasi rejimlərinə də diqqət çəkilir. 

Bütün bunlar nəzərə alındıqda, həmin ünsürlərin təhlükəsizlik istiqamətində təsir gücünün neytrallaşdırılması Rusiya üçün prioritet təşkil edir.

Əlbəttə ki, Rusiyanın siyasi mövcudluğu əleyhinə fəaliyyət göstərməyən dövlətlərlə müvafiq münasibətlərdən fərqli olaraq, digər təhdid xarakterli amillərlə mübarizədə Rusiya öz xarici siyasətinin kursunun aparıcı xətti kimi situasiyalara və yekun addımlara yanaşmada yuxarıda qeyd edilən fundamental aspektlər  perspektivindən çıxış edir. Ekspertin bu kimi fikirləri kifayət qədər maraq yaradan xüsusiyyətə malikdir.




Loading...