Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.
 
Pressaz.info xəbər verir ki, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-də qüvvəyə minəcək.
 
“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır... İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, - qurumdan bildirilib.




Loading...