Xəbər verdiyimiz kimi general-mayor Xəqani Cəbrayılov saxlanılıb.
Pressaz.info X. Cəbrayılov haqqında bəzi məlumatları təqdim edir.
Xəqani Sərdar oğlu Cəbrayılov 90-cı illərdə müharibə bölgəsində döyüş təcrübəsi keçib. Nümunəvi döyüşçü kimi tanınıb.
Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri olub.
Daha sonra keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenanta edilib..
Zakir Həsənov müdafiə naziri seçildikdən sonra isə ona yenidən polkovnik rütbəsi verilmiş və 2. Ordu korpusuna qərargah rəisi seçilib. 2011-ci ildə “igidliyə görə “ medalı ilə təltif edilib. 2014-cü ildə isə prezdentin sərəncamı ilə general-mayor rütbəsi alıb.
Xəqani Cəbrayılovun prezidenti salamlayarkən ad və soyadını səhv deməsi (Xəqaniyev Cəbrayıl) mediada bir mənalı qarşılanmayıb. Bu hadisədən sonra onun haqqında müxtəlif başlıqlı yazılar dərc olunub. “Xəqani Cəbrayılov, yoxsa Xəqaniyev Cəbrayıl” , “ Otur aşağı səndən general olmaz” və sair.
Belə bir hadisə 1993-cü ildə Heydər Əliyevin nazirləri sorğu-sual edirkən də baş verib. Belə ki, keçmiş Milli Təhlükəsizlik Naziri general Fəxrəddin Təhməzovun danışarkən dili dolaşıb. Heydər Əliyev ona sərt şəkildə “Otur aşağı..səndən general olmaz.. "
Qeyd edək ki,, 2021-ci il fevralın 8-də Zakir Həsənovun imzaladığı əmrə əsasən bu gün həbs olunan general leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılıov ehtiyata buraxılıblar.Azadinfo.az




Loading...