09 oktyabr, 2020-ci il: Hadrutun (Ağoğlan) azad edildiyi gün. Ermənistan ordusunda nələr yaşanıb, Ordumuz yüzlərlə düşmən hərbçisini necə məhv edib?

Pressaz.info Publika.az-a xəbər verir ki, bu suallara müharibədə ölümü erməni əsgərlərin valideynlərinin dediklərində müəyyən cavabları tapmaq mümkündür.

Erməni valideynlərdən biri deyir ki, 76 əsgəri öləcəyini bilə-bilə Hadrut cəbhəsində göndəriblər.

9 oktyabrda Hadrut işğaldan azad edilir, erməni hərbi rəhbərliyi isə həmin gün 143 postdan əsgərləri toplayaraq, ordumuzun üzərinə göndərir.

“Əmr səhər saat 9-da gəldi və uşaqlar gün ərzində toplandı, amma onlarla heç kim görüşmədi. Əgər köməyə çağırsaydılar, diviziya komandiri onlarla görüşməli idi”, - valideynlərdən biri deyir.

Digəri qeyd edir ki, “əsgərləri ora göndərəndə bilməli idilər ki, Azərbaycan ordusu bütün səmaya hakimdir. Uşaqlarımızın mühasirəyə düşəcəyini bildikləri halda, niyə göndərdilər?”.

Başqa birisi deyir ki, “Hadrut istiqamətində döyüşə rəhbərlik edən general günahkardır, onun adı açıqlanmır, amma o bilirdi ki, bu, uşaqlarımızın ölümü ilə nəticələnəcək”.

Valideynlər erməni ordusunun generallarına ölüm tələb edir.

“Belə generalları vurmaq lazımdır”.

“Gəncləri xilas edə bilməyənə generallar günahkardır, Paşinyan da hərbçi olmasa belə, o da məsuliyyət daşıyır”.

“Koçaryan və Serj də günahkardır, soyğunçudurlar, korrupsionerdirlər”.

Xatırladaq ki, Hadrut döyüşü 44 günlük müharibənin ən ağır döyüşlərindən biri olub. Ordumuzun Hadrutu azad etməsi həm cəbhədə, həm də siyasi müstəvidə Azərbaycanın əlini gücləndirdi.




Loading...