Ermənilər minalanmış ərazilərin xəritəsini versə, azad edilən torpaqların minalardan təmizlənməsi iki dəfə daha tez bir vaxtda bitər.
Pressaz.info xəbər verir ki, bunu ARB 24-ün “Nə baş verir?” verilişinə müsahibəsində hərbi ekspert Elxan Şıxalıyev deyib. O bildirib ki, Ağdam azad edilən torpaqlar arasında minalardan ən erkən təmizlənən rayon olacaq:
“Ərazilərin minalardan nə zaman təmizlənməsi ilə bağlı konkret vaxt demək çətindir. Hesab edirəm ki, xəritə olmadığı üçün proses iki-üç qat artıq vaxt tələb edəcək.
Bundan başqa ən erkən təmizlənən rayonun isə Ağdam olduğunu düşünürəm. Çünki bu proses əvvəlcə təmas xəttindən başlayaraq, dərinliyə doğru aparılacaq”.
E. Şıxalıyev onu da qeyd edib ki, azad edilən torpaqlarda ən çox minalanmış ərazi təmas xəttidir: “Minalar daha çox 27 sentyabra qədər olan neytral ərazilərdə basdırılıb”.Axar.az




Loading...