COVİD-19 mümkün olan ən pis pandemiya deyil.
Pressaz.info xəbər verir ki, bunu “Biontech” şirkətinin qurucusu, türkiyəli professor Uğur Şahin deyib.
“Əslində gələcəkdə baş verəcək pandemiyalar daha təhlükəli ola bilər. Dərman istehsalçılarının və hökumətlərin məqsədi peyvənd hazırlandıqdan sonra insanları üç ay ərzində peyvənd edə biləcək bir istehsal gücünə çatmaq olmalıdır. Sadəcə, sürətli şəkildə deyil, həm də kifayət qədər peyvənd istehsal etmək üçün hazır olmalıyıq”, – deyə professor bildirib.




Loading...