c

Əməkdar artist Mətanət İsgəndərli 5 aydır həyat yoldaşından ayrı qalan qızı Ülkərdən danışıb ağlayıb.
İNPA.AZ axşam.az-a istinadən bildirir ki, müğənni övladının bu gün Türkiyəyə, evinə getdiyini söyləyib. "Zaurla Günaydın" proqramına qonaq olan İsgəndərli göz yaşlarını saxlaya bilməyib:
"Səhər verilişə gələndə görüşdüm, məndən sonra hava limanına gedəcəkdi. Ülkər hər zaman burdan gedəndə pis olurdu. İndi elə sevinə-sevinə gedirdi ki... 5 ydır həyat yoldaşından, evindən ayrı qalıb. Yaxşı ki, hava limanına getmədim. Bu hava limanları məni öldürəcək".
Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı Enginlə ailə qurub.