ARB kanalında yayımlanan  "Həmin Zaur" proqramında gərgin anlar yaşanıb. 

Pressaz.info xəbər verir ki, Zaur Kamalın aparıcı  olduğu proqramda qonaq olan meyxanaçı  Yaşar Qafanlı arasında mübahisə düşüb. 

Belə ki, meyxanaçı  Zaurun "Neçə dostun mənə deyib ki, onu efirə çıxart. Bağırmısan ki, Zaurla efirə çıxım. Belə olmaz" sözlərinə əsəbiləşib.

Bundan sonra  "Lazım olsa, hansı kanalı açarsan məni görərsən.  Sənə əlbəttə hörmətim var, efirində olaram. Amma belə demək olmaz.  20 ildir ki, sənətdəyəm, camaatda məni tanıyır. Sənin danışığın düz deyil. İstəyirsiz durub çıxım gedim. Sənin verilişin mənə lazım deyil" deyən, meyxanaçı studiyanı tərk edib.

/unikal.org/




Loading...