Xəbər verdiyimiz kimi müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin koronavirusa yoluxub.

Hər ikisi ötən gecə xəstəxanaya yerləşdirilib.

Xatirən İslamın qardaşı Tural BiG.AZ -a açıqlamasında bildirib ki, hər ikisinin də vəziyyəti ürək açan deyil:
"Ötən gecə hər ikisi xəstəxanaya yerləşdirildi. Hazırda oksigen aparatı ilə nəfəs alırlar. Vəziyyətləri ürək açan deyil. İndi həkimlərimiz bütün lazimi köməkliyi göstərirlər. Yaxın günlərdə hamımız birlikdə şad xəbərləri eşidərik".




Loading...