Bir müddət öncə müğənni-bəstəkar Elza Seyidcahan həmkarı Röya Ayxan haqqında "O hər gün musiqiləri ilə sevişir, təkcə Hüseyni doğmayıb" deyə açıqlama verib.

Pressaz.info-nun məlumatına görə "Zaurla Günaydın" verlişində qonaq olan Röya bu haqda danışıb. Xalq artisti E.Seyidcahanın sözləri ilə bağlı ona çoxlu zənglərin gəldiyini söyləyib:

" Bildirirlər ki, Elza xanım söyləyib ki, Röyanın xeyli uşağı var, o çoxları ilə sevişib. Mən də qayıtdım ki, o xanım məni çox istəyir. Hər zaman belə olmuşam. Məsələn, deyirdilər ki, filankəs sənə söz atmağa başlayıb. Cavab verirdim ki ola bilməz, axı yaxın zamanda bir yerdə klubda yeyib-içib, oynamışıq. Demə düz imiş. Elza xanım üçün də eyni reaksiyanı verdim. Bildim ki, öz xarakterinə uyğun bir şey deyib. Elə də oldu. O qədər haqlıdır ki... Doğrudan da mən konsertlərimi, mahnılarımı dünyaya gətirmişəm. Görün mənim neçə dənə sevgilim var..."




Loading...