Xalq artisti Mənsum İbrahimov Əməkdar artist Təyyar Bayramov ilə gitara ifaçısı Rafiq (Rəmiş) Hüseynovu ziyarət edib.

Pressaz.info xəbər verir ki, Mənsum İbrahimov Rafiq Hüseynov ilə fotosunu İnstaqramda paylaşıb və "Gözəl sənətkarımız Rəmişi xəstəxanada ziyarət etdik. Allah şəfa versin!" - deyə yazıb.

Qeyd edək ki, Rafiq Hüseynov Bakı Sağlamlıq Mərkəzində müalicə alır.




Loading...