Səhhətimdə problem yarananda ailədə dedim ki, yaxın qohumlar belə bilməsin. Allah dərdi verirsə, dərmanını da verir. Buna inanmaq, ruhdan düşməmək lazımdır.

Pressaz.info axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "10-da görüşək" proqramında deyib. Xərçəngdən əziyyət çəkən və əməliyyat olunan müğənni artıq sağaldığını bildirib:

"Xəstəlik insan üçündür. Canlı nə varsa, xəstələnir də, sağalır da. İnsanlar gərgindir, əsəbləri yerində deyil. Hamının ailəsində problem var. Həyatdır, bir ömür yaşayırıq. Çalışaq elə yaşayaq ki, dərdimizlə camaatı yükləməyək. Sağaldım, şükür. Müayinədə şiş aşkarlandı. Həkim dedi ki, bir-birimizi aldatmayaq, hal belədir. Həmin an narahat oldum, axı mən yaşamaq istəyirəm.

Sonra dedim ki, hər gün dua edirəm, Allaha bağlı adamam, gecə-gündüz əlim göydədir, necə belə cılız reaksiya verirsən? Hər gün əlim göydə, dua edirdim. Bu xəstəliklə bağlı az eşitmişəm ki, şiş yığılır. Kimyaterapiya zad oldu. Əməliyyatdan əvvəl həkim baxdı ki, azalma gedir. Bu cavab mənə bəs etdi. Hər şey keçdi".




Loading...