Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhətində irəliləyiş var.
Pressaz.info  oxu.az-a istinadən xəbər verir ki, bunu aktyorun bacısı Fəridə Bağırova bildirib.
O bildirib ki, aktyorun vəziyyəti stabildir:
“İndi az-az bizlə danışır. Hazırda qardaşımın müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir. Biz göstərilən köməyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirik”.
Qeyd edək ki, Əməkdar artist infarkt keçirmişdi. O, martın 3-də 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra Heydər Əliyev Fondunun göstərişi ilə Əməkdar artist özəl xəstəxanaya köçürülüb. Hazırda orada müalicəsi davam etdirilir.





Loading...