Əməkdar artist Cavanşir Məmmədov dostunun onu aldadaraq 50 min manat aldığını açıqlayıb.
 
Pressaz.info xəbər verir ki, müğənni bu haqda "Onun sirri" verilişində deyib. O bildirib ki, dostu biznes qurmaq adı ilə onun pulunu alaraq qaçıb:
 
"Biznesmen dostum mənə təklif etdi ki, avtomobil düzəltmə sexi açaq. Razılaşdım, 50 min verdim. Bu da sexi açdı. Məkan işləyir, pul da gəlir. Rusiyaya tədbirə getmişdim. Oradan qayıdanda əraziyə getdim ki, həmin adam yox. Həmin ustalar işləyir. Biri yaxınlaşdı ki, buranı satdılar, xəbərin oldu? Öyrəndim ki, məkanı satıb, pulu alıb, sənədləşmə işini də özü həll edib. Getdim onlara, qapıları bağlı idi. Qohumu dedi ki, ailəsi ilə birlikdə İrana gedib. Aylar keçir, qayıtmırlar. Sən demə, yoldaşını aparıb Mərdəkana bağa qoyub, özü gedib. Bir gün eşitdim ki, qayıdıb. Gedib onu tapdım, dedi, İranda iş qurmaq istədim alınmadı. Vaxt verin pulu qaytaracam. Bir də eşitdik Türkiyəyə gedib. Yenə gəldi, tapıb hədələdik. Dedik, ya səni döyüb öldürəcəyik, ya da polisə verəcəyik. Beləcə, pulun hamısını aldıq. Amma az-az qaytardı".




Loading...